Menu

Güləşçilərimizdən möhtəşəm uğur

13.06.2015, 12:38
Güləşçilərimizdən möhtəşəm uğur

Güləş üzrə kişilər arasında 98 və 59 kq-da Yunan-Roma yarışları başlayıb

Güləş üzrə kişilər arasında 98 kq-da Yunan-Roma yarışı başlayıb. Anspress-in məlumatına görə, Heydər Əliyev adına İdman Arenasında baş tutan yarışda güləşçimiz Orxan Nuriyev Latviyadan Vilius Laurinaitislə münasibətlərinə aydınlıq gətirib. Təmsilçimiz kişilər arasında 1/8 finalda rəqibinə 4:1 hesabı ilə qalib gəlib və 1/4 final mərhələsinə adlayıb.

Digər bir təmsilçimiz Elman Muxtarov isə güləş üzrə kişilər arasında 59 kq-da Yunan-Roma yarışında mübarizə aparıb. 1/4 finalda Elman Norveçdən olan idmançı Stig-Andre Berge ilə güləşib. Təmsilçimiz son nəticədə 3:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə keçib.

Güləş üzrə kişilər arasında 80 kq Yunan-Roma yarışında isə Rafiq Hüseynov Bolqarıstandan olan Daniel Aleksandrovla üz-üzə gəlib. Təmsilçimiz təmiz qələbə (4:0) qazanaraq adını növbəti mərhələyə yazdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol