Menu

Bu gün ilk qızıl medallar sahibini tapacaq

13.06.2015, 12:40
Bu gün ilk qızıl medallar sahibini tapacaq

Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bəzi detalları açıqlayıb.

“I Avropa Oyunlarının Açılış Mərasiminə biletlərin hamısı satılmışdı. Olimpiya Stadionuna insanların 64%-i avtobuslarla, yerdə qalanlar isə metro ilə gəlib”. Anspress-in məlumatına görə, bunu “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Oyunlarla bağlı rəqəmləri açıqlayarkən deyib.

O bildirib ki, Açılış Mərasimi zamanı vaxt baxımından proqramda 5 dəqiqəlik gecikmə olub, ancaq bu, ümumi işin gedişatına heç bir problem yaratmayıb.

Saymon Kleq söyləyib ki, Mingəçevirdə 400-dən çox idmançı, Atletlər Kəndində isə 4200-dən çox idmançı yerləşdirilib: "Artıq dünəndən yarışlar başlayıb. Amma ilk medallar bu gün veriləcək. Bu gün Oyunlar çərçivəsində 13 qızıl medal verilməlidir. İlk medallar Dağ velosipedi üzrə yarışlarda veriləcək. Kristal Hollda Karate üzrə yarışlar keçiriləcək. Ümid edirik ki, Azərbaycan üçün bu yarışlar uğurlu olacaq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol