Menu

Rafael Ağayev yarımfinalda

13.06.2015, 14:15
Rafael Ağayev yarımfinalda

Bakı-2015-də əsas medal ümidimiz mübarizəsini davam etdirir.

Azərbaycanın Bakı-2015-də əsas qızıl medal ümidi olan karateçi Rafael Ağayev (75 kq) yarımfinala vəsiqə qazanıb. Anspress-in məlumatına görə, dünya karatesinin "brilliantı" sayılan Rafael Ağayev qrupdan çıxmağı özü üçün təmin edib. Ancaq qrupda türk idmançı Erman Eltemurnan döyüşdə idmançımız gözlənilmədən məğlub olub. Karate yığmamızın məşqçisi Rəhman Hətəmov Rafaelin səhvlər edərək gözlənilmədən məğlub olduğunu bildirib.

Hazırda Rafael Ağayev yarımfinaldakı rəqibninin müəyyənləşməsini gözləyir. Karateçimiz 4 dəfə dünya, 11 dəfə isə Avropa çempionu olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol