Menu

Hacı İbrahim yenidən “Bandotdel”ə çağırıldı

13.06.2015, 14:31
Hacı İbrahim yenidən “Bandotdel”ə çağırıldı

Diasporla iş üzrə dövlət komitəsinin sədri Hazim İbrahimovun qardaşı, "Avesta" konserninin prezidenti Hacı İbrahim Hehrəmli dünən günün birinci yarısında DİH-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (BMCQMİ) çağırılıb.

Bu barədə "istiqlal.az"-a daxil olan məlumatda deyilir ki, Hacı İbrahimin BMCQMİ-yə çağırılması Beynəlxalq Bankdan götürdüyü külli miqdarda kreditlə bağlıdır. Xatırladaq ki, iş adamı mayın 12-də bu məsələyə görə saxlanmışdı. Lakin sonradan sərbəst buraxıldı və məlum oldu ki, iş adamı hələlik kredit borcunun dəbbəsini ödəyib. Kredit borcunu da yaxın 1-2 ay ərzində ödəmək barədə öhdəlik götürüb.

İş adamı BMCQMİ-də yenidən bu məsələ ilə dindirilib. İddialara görə, ona konkret vaxt qoyulub. Günün ikinci yarısında Hacı İbrahim Hehrəmli sərbəst buraxılıb. Məlumatda o da vurğulanır ki, iş adamına ölkəni tərk etməsi barədə qadağa hələ qüvvəsindədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol