Menu

Bakıda daha bir binada yanğın oldu - VİDEO, FOTOLAR

13.06.2015, 17:50
Bakıda daha bir binada yanğın oldu - VİDEO, FOTOLAR

Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən yanğınla bağlı məlumat yayıb. 

Məlumata görə, yanğın Bakı şəhəri, Səbayel rayonunda üçmərtəbəli yaşayış binasının çardaq hissəsində baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası dərhal hadisə yerinə cəlb olunub. Yanğın söndürülüb.

* * * 

Bakıda Üzeyir Hacıbəyov 56a küçəsində bina yanır.

Anspress-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın üçmərtəbəli yaşayış binasında baş verib.

Qeyd edək ki, yanğın Milli parkın yaxınlığında olan binada baş verib. Ətrafı qatı tüstü bürüyüb. Hazırda əraziyə yanğınsöndürənlər və polis cəlb olunub.

Yanğının "Sahil" metrosu yaxınlığında yeni tikilidə baş verdiyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol