Birinci xanım qalib gələn karateçilərin mükafatlandırma mərasimində iştirak edib
Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Avropa Oyunlarında 75 kiloqram çəki dərəcəsində qalib gələn karateçilərin mükafatlandırma mərasimində iştirak edib. Anspress-in məlumatına görə, Azərbaycanın birinci xanımı qızıl medalı qazanan karateçi Rəfael Ağayevə medalı təqdim etdi.
Rəfael Ağayev İtaliyadan olan idmançı üzərində 1:0 hesabı ilə qalib gəlib. Qeyd edək ki, karateçilərimiz Avropa Oyunlarında iki qızıl və iki bürünc medal qazanıb.



Şərhlər