Menu

Bakı-Naxçıvan marşrutu üzrə uçan təyyarədə problem yaşandı

14.06.2015, 00:09

teyyare_015472015-ci il iyunun 13-də Bakı-Naxçıvan marşrutu üzrə AHY-2253 reysini həyata keçirən “Boeing-757” təyyarəsi avialaynerin hidrosistemlərinin birində təzyiqin düşməsi səbəbindən Heydər Əliyev Beynəlxalq Hava Limanına qayıdıb.

“Azərbaycan Hava Yolları “QSC-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, belə nasazlıqla uçuş təyinat məntəqəsində mümkün idi, lakin ekipaj komandiri nasazlığın uçuşun doqquzuncu dəqiqəsində - havaya qalxdıqdan dərhal sonra baş verdiyini nəzərə alaraq enişi uçuşun edildiyi aeroportda həyata keçirmək qərarını alıb.

Yerli vaxtla saat 21:02-də eniş ştat rejimində əmin-amanlıqla başa çatıb.

Qayıdan təyyarənin sərnişinləri yerli vaxtla saat 22:45-də ehtiyat “Boeing-757” təyyarəsi ilə Naxçıvana yola salınacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol