Menu

Azərbaycan Evi fəaliyyətə başladı

14.06.2015, 00:16
Azərbaycan Evi fəaliyyətə başladı

Azərbaycan Evi fəaliyyətə başlayıb. Burada birinci Avropa Oyunları zamanı hər axşam müxtəlif əyləncəli proqramların təşkili, gün ərzində müxtəlif idman növlərində uğur qazanmış idmançıların adlarının elan olunması, uğurlarının müzakirə edilməsi nəzərdə tutulub.

“Bakı-2015”-in ulduz elçisi Murad Dadaşov bildirib ki, müasir üslubda qurulan bu məkanda idmançıların, şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb. Qeyd edilib ki, burada hər gecə əcnəbi qonaqlara bir Azərbaycan sözünün öyrədilməsi, ölkəmizə, xüsusən də gənclərə məxsus dəyərlərin çatdırılması nəzərdə tutulur.

Tədbir əyləncəli proqramla davam edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol