Menu

“Neftçi”nin keçmiş futbolçusu meydançada öldü

14.06.2015, 10:53
“Neftçi”nin keçmiş futbolçusu meydançada öldü

Malaziya çempionatında ölüm hadisəsi baş verib. Apasport.az saytının məlumatına görə, “T-Team” klubunda çıxış edən Nigeriyalı müdafiəçi David Oniya “Keltan”la qarşılaşma zamanı meydançada vəfat edib.

Matçın 3-cü dəqiqəsində huşunu itirərək yerə yıxılan müdafiəçi tez xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, 30 yaşlı futbolçu bir müddət Azərbaycan çempionatında da çıxış edib.

Mərhum futbolçu 2004-2007-ci illər arasında “Neftçi” klubunda meydana çıxdığı 74 oyunda 2 qol vurmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol