Xarici KİV-in yaydığı məlumata görə, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Syüzan Rays Çin Xalq Respublikası (ÇXR) Mərkəzi hərbi şurasının sədri general-polkovnik Fan Çanluqla danışıqlardan sonra ABŞ və ÇXR-nın hərbi əməkdaşlığı gücləndirmək barədə razılığa gəldiyini bəyan edib (Rosbalt).
«Rays və general-polkovnik hərbi sahədə əməkdaşlığı möhkəmlətmək barədə razılıq əldə ediblər. Onlar regional və qlobal problemlərin, o cümlədən, təbii fəlakətlərə reaksiya və humanitar yardımların göstərilməsi sahəsində qarşılıqlı fəaliyyətin yüksəldilməsi yolu ilə daha dərin əməkdaşlığa tərəfdar olduqlarını təsdiq ediblər...» - deyə, «TASS» xəbər verir.
Bu zaman, Rays «kibertəhlükəsizlik və dənizdə təhlükəsizlik məsələlərində fikir ayrılıqlarının səviyyəsinin aşağı salınmasının vacibliyini» də önə çəkib.
AzPolitika.info


Şərhlər