Menu

Daha bir Azərbaycan karateçisi çempion olub - FOTOSESSİYA

14.06.2015, 18:45
Daha bir Azərbaycan karateçisi çempion olub - FOTOSESSİYA

Azərbaycan yığmasının medallarının sayı 9-a çatıb

Azərbaycan yığmasının milliləşdirilmiş karateçisi İrina Zaretska çempion olub.

Apasport.az saytının məlumatına görə, İ. Zaretska yarışa qələbə ilə başlayıb. 19 yaşlı idmançımız özündən 9 yaş böyük olan dünya çempionu Kristina Vizkaino (İspaniya) üzərində layiqli qələbə qazanıb - 6:1. Ardından avstriyalı Teresa Alisa Bukingerlə üz-üzə gələn Zaretska 0:4 hesabı ilə uduzsa da, son görüşdə yunanıstanlı Vasiliki Panetsidunu məğlub edib - 1:0.

Bu qələbə İrinanı yarımfinala yüksəldib. O, digər qrupun lideri Marina Rakoviçlə (Monteneqro) döyüşüb və uğurlu seriyanı davam etdirib - 1:0. İ. Zaretska finalda avstriyalı Alisa Buçingerlə qarşılaşıb. Döyüş idmançımızın asan qələbəsi ilə başa çatıb. O, rəqibini 8:1 hesabı ilə məğlub edərək, yığmamıza 9-cu medalı qazandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol