Menu

Xarbin-Hamburq dəmir yolu marşrutu açıldı

14.06.2015, 19:04
Xarbin-Hamburq dəmir yolu marşrutu açıldı

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, dünən (şənbə günü) Çinlə Avropanı birləşdirəcək yeni marşrut üzrə ilk yük qatarı start götürüb. «Xarbin-Avropa» beynəlxalq logistika şirkətinin baş direktoru Tu Syaoyuya istinadla bu barədə xəbəri «Sinxua» agentliyi yayıb (Rosbalt).

Baş direktorun sözlərinə görə, qatarın 15 gün ərzində Çin şəhəri Mançujouli, Rusiyanı, Polşanı keçməklə, Hamburqa yetişəcəyi planlaşdırılıb.

Yeni marşrutun uzunluğu 9820 kilometr təşkil edir. Bu marşrut üzrə qatarların həftədə bir dəfə yola düşəcəyi planlaşdırılır. Beləliklə, Avropa İttifaqını, Çini, Yaponiyanı, Rusiyanı və Koreyanı birləşdirəcək daha bir transkontinental ticarət marşrutu açılmış olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol