Menu

Azərbaycanda zəlzələ oldu

15.06.2015, 09:56
Azərbaycanda zəlzələ oldu

Bu gün səhər qeydə alınan zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Anspress-in Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, yeraltı təkanlar bu gün gecə saatlarında qeydə alınıb.

Zəlzələ Bakı vaxtı ilə saat 07:00-da Bərdə rayonunun inzibati mərkəzindən 14 km şimal-qərbdə olub. Təkanlar 25 km dərinlikdə baş verib.

Maqnitudası 4 olan zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

İnsan tələfatı və dağıntı barədə məlumat daxil olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol