Menu

"Bu məlumat ağ yalandır" - Rəsul Quliyev

09.01.2014, 16:25
"Bu məlumat ağ yalandır" - Rəsul Quliyev

Parlamentin sabiq sədri Rəsul Quliyev bacısı oğlu İlqar Quliyevlə məhkəmə çəkişməsində olduğu haqda məlumatı təkzib edib. Belə bir iddia ilə bu gün "Axar.az" saytı çıxış edib və bəzi sənədlərin sürətini yayıb.

R.Quliyev bununla bağlı "Feysbuk"da yazıb:

"Mənim qohumlarımla davamın düşməsi və məhkəmə araşdırmasında olduğumuz haqda məlumat ağ yalandır. Ümumiyyətlə, nəinki qohumlarım, hətta başqa bir kiminləsə ömrüm boyu heç vaxt məhkəmə davasında olmamışam, yeganə hökumətin mənim hüquqlarımı pozması məsələsindən başqa."

V.Nəsibov 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol