Amerikalı həmsədr BQXK nümayəndələri ilə itkin düşmüş şəxslərlə bağlı müzakirələr aparıb.
Amerikalı həmsdər Ceyms Uorlik Bakıya səfərində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ilə görüşüb. Anspress-in məlumatına görə, Uorlik Beynəlxalq təşkilatın nümayəndələri ilə Qarabağ müharibəsində itkin düşənlərin DNT məlumatlarının mübadiləsi ilə bağlı müzakirələr aparıb.
"Bunun üçün hər iki tərəf də təşəbbüs göstərməlidir", - deyə Uorlik öz Twitter mikrobloqunda yazıb.
Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Təşkilatı münaqişə müddətində itkin düşənlərin biometrik göstəricilərinin proqramının yaradılması təşəbbüsü ilə çıxış edib. Bu göstəricilər itkin düşən şəxsin tapılması zamanı gərək ola bilər.


Şərhlər