AzPolitika.info xanici KİV-ə (eadaily.com) istinadla xəbər verir ki, Rumıniyanın sabiq xarici işlər naziri Kristian Diakonesku ölkəsinin məmurlarını Moldovadakı təhlükəli vəziyyətlə bağlı xəbərdar edib: «Yarım ildən-bir ildən sonra Rusiya Rumıniya ilə ümumi sərhədlərə malik olacaq...».
Eks-nazir daha sonra deyib: «Şərq tərəfdaşlığı»nın son qərarlarını az-çox peşəkar nəzərlərlə gözdən keçirərkən, belə nəticəyə gəlmək olar ki, Avropa İttifaqı məmurları ilə daxili münaqişə vektoru üzrə anlaşma rəsmi Kişinyovun zərərinə həll olunub. Gürcüstan və Ukrayna kimi, Moldovada da irəliyə doğru daha bir addım ata bilmədi...».
Yaranmış vəziyyətin səbəbi kimi, eks-nazir Kremlin ərazi iddialarının Moldova üçün təhlükə təşkil ertməsi məsələsini önə çəkib: «Hazırkı mərhələdə Moldovada Avropa meylli koalisiya yoxdur və bu nöqteyi-nəzərdən, Rusiyanın strateji repozisiya etməsi demək olar, qaçılmazdır. Mənim fikrimcə, 6-12 ay ərzində Rusiya Rumıniya ilə ümumi sərhədlərə malik olacaq. Əgər olmasa, deyəcəm ki, səhv etmişəm. Ümid edirəm ki, belə də olacaq, amma buna inanmıram...».
«Şpigel»in jurnalistləri hesab edirlər ki, Dnestryanı bölgədə növbəti müharibə alovlana bilər: «Yarım milyonluq əhalisi ilə tanınmamış respublika geostrateqlər arasında mübahisə obyektinə çevrilir...».
Xatırladaq ki, mayın sonlarında Kiyev Rusiya hərbçilərinin və hərbi texnikasının Ukrayna ərazisindən tranzitini qadağan edib. Almaniyalı şərhçilər hesab edirlər ki, belə şəraitdə Moskva öz ordu hissələrinin təminatı üçün hava körpüsü yaratmağı planlaşdırır. Bu zaman, Dnestryanı əhali münaqişəni qaçılmaz edəcək ilk atəşdən ehtiyatlanır.
AzPolitika.info


Şərhlər