Menu

Roma Papası daha bir neçə pedofil keşişi cəzalandırdı

16.06.2015, 08:55
Roma Papası daha bir neçə pedofil keşişi cəzalandırdı

Roma Papası Fransisk adları pedofiliya qalmaqalında hallanan bir neçə ali rütbəli keşişi vəzifəsindən azad edib. APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, pedofiliyaya görə həbs olunmuş keşişə dəstək göstərdiklərinə görə ABŞ-ın Sent-Pol və Minneapolis arxiyepiskopu və onun müavinini tutduğu vəzifəsindən azad edib.

Bundan başqa Vatikan uşaqlara qarşı cinsi təcavüzdə ittiham olunan Dominikan Respublikasında səfir vəzifəsində çalışmış yüksək çinli keşişi vəzifəsindən azad edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol