Bu gün qadın güləşçilərin mübarizəsi davam edir.
Lent.az-ın məlumatına görə, Avropa Oyunlarının 5-ci günündə 4 qadın güləşçimiz mübarizə aparacaq.
53 kq çəki dərəcəsində ölkəmizi Anjela Doroqan təmsil edəcək. O, mübarizəyə 1/8 final mərhələsindən başlayacaq. Onun rəqibi Türkiyə idmançısı Merve Kengerlidir.
58 kq çəki dərəcəsində Azərbaycanı İrina Netraba təmsil edəcək. O, ilk mərhələdə italiyalı Karola Raynero ilə gücünü yoxlayayıb. Həmvətənlimiz ilk qarşılaşmasını 3-1 hesabı ilə alib gələrək adını 1/8 final mərhələsinə yazdırıb. İrina Netraba 1/8 final qarşılaşmasına bolqarıstanlı Mimi Hırıstova ilə üz-üzə gələcək.
63 kq çəki dərəcəsində millimizi Elmira Qəmbərova təmsil edəcək. E. Qəmbərova ilk mərhələdə Henna Yohanssona ilə üz-üzə gələcək.
75 kq çəki dərəcəsində millimizi Gözəl Zutova təmsil edəcək. Həmyerlimiz ilk mərhəldə Ukrayna idmançısı Oksana Vaşçukla qarşılaşacaq.


Şərhlər