İyunun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah ölkə ərazisində mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-22 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 18-23, gündüz 31-36 dərəcə, dağlıq rayonlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

Şərhlər