Menu

Məmur oğlu müğənniyə avtomobil hədiyyə etdi - FOTO

16.06.2015, 18:24
Məmur oğlu müğənniyə avtomobil hədiyyə etdi - FOTO

«Sevgilim bu avtomobilin açarlarını mənə verərkən evlilik təklifi etdi»

Müğənni Afaq Aslana iş adamı olan sevgilisi “BMW” markalı avtomobil hədiyyə edib. Bu barədə lent.az-a ifaçının özü məlumat verib. O bildirib ki, avtomobili hədiyyə edən şəxs məmur oğludur: "Bilirsiniz ki, “BMW”-nin açıqlaması “Be My Woman”, yəni “Mənim qadınım ol” mənasını verir. Sevgilim də bu avtomobilin açarlarını mənə verərkən, mənə evlilik təklifi etdi. Çox xoşbəxtəm. Sevgilimin bu cür evlilik təklifi ürəyimdən oldu. Adını açıqlamaq istəmirəm. Amma onu deyə bilərəm ki, avtomobili hədiyyə edən şəxs məmur oğludur".

Xatırladaq ki, avtomobilin qiyməti 55 min manatdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol