Menu

Bakı-Quba yolunda baş verən qəzada bir nəfər ölüb

16.06.2015, 19:31
Bakı-Quba yolunda baş verən qəzada bir nəfər ölüb

Bakı-Quba-Rusiya sərhədi yolunun 64-cü km-də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Sumqayıt şəhər sakini, 1967-ci il təvəllüdlü Qəhrəmanov Azad Cavad oğlu idarə etdiyi 99 XG 589 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomaşınla Siyəzən rayon sakini, 1965-ci il təvəllüdlü Binnətov Akif Xanverdi oğlunu vurub. Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol