Menu

Putin Con Kerrini qorxutdu

17.06.2015, 01:40
Putin Con Kerrini qorxutdu

Rusiya prezidenti Vladimir Putinin ölkənin strateji nüvə qüvvələri barədə verdiyi açıqlama ABŞ-da narahatlıq yaradıb.Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Con Kerri danışıb.

ABŞ rəsmisi deyib ki, Vladimir Putinin bəyanatı onu narahat edir: “Güclü bir dövlətin başçısından belə bəyanat eşidib və bunun nəticələri barədə narahat olmamaq mümkün deyil”,-deyə o bildirib.

Dövlət katibi söyləyib ki, Kreml rəhbərinin açıqlamasını Rusiyanın özünü nümayiş etdirməsi kimi dəyərləndirmək olar.

Qeyd edək ki, Vladimir Putin"Ordu -2015" Beynəlxalq hərbi-texniki forumun açılışında bildirib ki, cari ildə istənilən hədəfi məhv edə biləcək 40-dan çox yeni qitələrarası ballistik raket Rusiya ordusuna veriləcək. Onun bu açıqlaması dünya üçün yeni hədə kimi şərh edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol