Menu

Azərbaycan avtomobil idxalını ikiqat azaldıb

17.06.2015, 11:03

1327825492_masinBu ilin yanvar-may aylarında Azərbaycana 15 495 ədəd avtomobil idxal olunub.

“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15 081 avtomobil və 1,97 dəfə azdır.

Belə ki, ölkəyə gətirilən avtomobillərin 497 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 13 912 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 952 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 134 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol