Menu

"İdmançılar dadlı yeməklər yeyirlər..." - Nazir

17.06.2015, 11:39
"İdmançılar dadlı yeməklər yeyirlər..." - Nazir

Nazir növbəti Avropa Oyunlarının bu səviyyədə keçiriləcəyinə inanmır.

“Biz I Avropa Oyunlarının Açılış Mərasimini yeni layihə kimi Dünyaya, Avropa ölkələrinə təqdim etdik. I Avropa Oyunlara marağı artırmaq üçün təşkilatçılığı ən yüksək səviyyədə keçirdik”. Anspress-in məlumatına görə, bunu Azərbaycan Respublikasının gənclər və idman naziri və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov deyib.

Nazir bildirib ki, növbəti Avropa Oyunlarının bu səviyyədə keçiriləcəyinə inanmır: “Bizim əsas məqsədimiz o idiki təşkilatçılığı yüksək səviyyədə edək. İdmançılar vaxtı-vaxtında yatır, dadlı yeməklər yeyirlər. Onlar üçün hər cür şərait yaradılıb. Xırda problemlər ola bilər. Ancaq ümumilikdə Azərbaycan yüksək səviyyədə yarışları təşkil edir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol