Menu

Ermənilər "Tarif Şurası"nın binasını yumurta atəşinə tutdu

17.06.2015, 16:03
Ermənilər "Tarif Şurası"nın binasını yumurta atəşinə tutdu

Ermənistanda bu gün yüzlərlə insan ölkənin ictimai xidmətlərini tənzimləyən Komissiyanın (başqa ölkələrdə "Tarif Şurası" adlanır-red.) binasını yumurta atəşinə tutub.

ANS PRESS-in məlumatına görə, indi də davam edən etiraz aksiyasında ermənilər ölkədə elektrik enerjisinin bahalaşmasına etiraz edirlər.

Yumurta atəşindən sonra insanlar binaya soxulmaq istəyiblər. Bu zaman polislə etirazçılar arasında qarşıdurma yaranıb. Yüzlərlə narazı sakin hələ də binanın qarşısındadır.

Erməni mətbuatının məlumatına görə, indi Komissiyanın binasında əhaliyə verilən elektrik enerjisinin qiymətini təsdiqləmək üçün iclas keçirilir.

Amma "Ermənistanın elektrik şəbəkəsi" şirkətinin başçısı məktub yazaraq bildirib ki, o, müəyyən səbəblərə görə iclasda iştirak edə bilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol