Menu

Mursi ölümü seçdi - Dostlarını qoyub Misirdən getmədi

17.06.2015, 16:09
Mursi ölümü seçdi - Dostlarını qoyub Misirdən getmədi

Devrilmiş Misir prezidenti Məhəmməd Mursinin Türkiyəyə gəlməsi ilə bağlı təmas qurulduğu, ancaq onun bu təklifi rədd etdiyi ortaya çıxıb.Axar.az xəbər verir ki, Mursi ölkəsini və dostlarını tək qoymaq istəmədiyi üçün Türkiyəyə getməkdən imtina edib.

Qeyd edək ki, İHH Xeyriyyə Cəmiyyətinin rəhbəri Bülənt Yıldırım da faktı təsdiqləyib.

Xatırladaq ki, dünən Misir məhkəməsi devrilmiş prezident Məhəmməd Mursi haqqında verdiyi ömürlük həbs cəzasını ləğv edərək daha öncə verilmiş ölüm hökmünü qüvvədə saxlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol