Alimlər başqa planetlərdə də həyatın olduğunu sübut ediblər. ANS PRESS-in məlumatına görə, beynəlxalq tədqiqatçılar qrupunun üzvləri meteoritlər sayəsində Marsdan bəzi nümunələr əldə edə biliblər. Həmin nümunələrdə metan izləri tapıblar. Onların fikrincə, metan Marsın səthində olan bakteriyalar üçün qida ola bilər.
"Astrobioloqlar, çox güman ki, təcrübələrdə bizim tapıntımızdan istifadə edəcəklər. Bu təcrübələrin məqsədi isə hal-hazırda Marsda həyatın mövcud olmasının mümkünlüyünü müəyyən etməkdir", - deyə tədqiqatçılardan biri Şon MakMaon bildirib.
Onun sözlərinə görə, Marsda bakteriyalar olmasa belə, orada metanın mövcud olması qırmızı planetdə isti, rütubətli və kimyəvi aktiv mühitin varlığını sübut edə bilər. Bu isə o deməkdir ki, belə mühutdə həyat yarana bilər.


Şərhlər