Menu

Bakıda şair Rüstəm Behrudini təhqir ediblər – “Pulu verib, canımı satın aldım”

17.06.2015, 17:46
Bakıda şair Rüstəm Behrudini təhqir ediblər – “Pulu verib, canımı satın aldım”

“Bir gündə üç dəfə təhqir olunmağın hirsini, hikkəsini yaşayıram”

Tanınmış şair Rüstəm Behrudi bir gündə 3 dəfə təhqir olunduğunu bildirir. Bu barədə özünün Feysbuk səhifəsində yazan şair, ona “danışma” deyənləri qınayır, təhqirlə üzləşdiyi 3 haldan 2-si barədə məlumat verir.

AzPolitika.info şairin Feysbuk statusunu təqdim edir:

“Mənə danışma deyirlər. Bunu deyənlər bilmirlər ki, günlərin bir günü susmaqdan da partlamaq olar. Bir gündə üç dəfə təhqir olunmağın hirsini, hikkəsini yaşayıram.

1.) Novxanıda "Diana" adlanan bir xarabada (dənizin sahili) üç armudu stəkanlıq çaya məndən 20 manatı zorla aldılar. Mən hələ belə həyasızlıq və quldurluq görməmişdim. Üstümə əməlli-başlı hücum çəkmişdilər. Pulu verib, canımı satın aldım.

2.) Hava alanında 550 manatlıq bir bağlamaya məndən 2-cı yük şöbəsindəki məmurlar 250 manat istədilər. Təbii ki vermədim. Bağlamam hələ də ordadı.

3.) Üçüncü heç deyiləsi deyil. Deməyə belə qrxuram.

Bu, bir gündə başıma gələndi.”

Vaqif

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol