Menu

Avronun qiyməti 1,19 manat oldu - Rəsmi məzənnə

18.06.2015, 09:43
Avronun qiyməti 1,19 manat oldu - Rəsmi məzənnə

images_milli bank mmBu gün iyunun 17-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi azalıb. "APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) iyunun 18-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0005 manat və ya 0,05% azalaraq 1,0474 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0099 manat və ya 0,84% bahalaşaraq 1,1900 manat olub.

Qeyd edək ki, sonuncu dəfə avronun məzənnəsi bu səviyyəyə 2007-ci ilin sentyabrın 19-da yüksəlib. Həmin il Avrozonanın vahid valyutasının məzənnəsi 1,2400 manatadək yüksəlməyə bacarıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol