Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Şadlıq saraylarının təsnifatı və ümumi qaydalar” dövlət standartına dəyişiklik edib. Fins.az-ın məlumatına görə, bu barədə komitənin məlumatında bildirilir.
Bu il, sentyabrın 1-dən qüvvəyə minəcək dəyişikliklər mətbəxdə qabların yuyulması, hazırlanan yeməklərin realizasiyası və saxlanması, kulinariya məhsulları hazırlanarkən baytarlıq ştampı (möhürü) və şəhadətnaməsi olmayan bütün növ kənd təsərrüfatı məhsullarının istifadəsi, personalın şəxsi gigiyenik qaydalarına və s. aiddir.


Şərhlər