Menu

Didərginlərin sayı rekord həddə çatıb - BMT hesabatı

18.06.2015, 13:16
Didərginlərin sayı rekord həddə çatıb - BMT hesabatı

2014-cü ildə müharibə, münaqişə və təqib nəticəsində evlərindən didərgin düşənlərin sayı rekord təşkil edən 59.5 milyona çatıb, BMT hesabatı bildirir.

BMT statistikası 19.5 milyon qaçqın, 38.2 miyon məcburi köçkün və sığınacağa müraciət edən 1.8 milyon adamı əhatə edir.

Qaçqınların yarısından çoxu uşaqdır, hesabatda deyilir.

Suriyada davam edən münaqişə rekord həddə çatan rəqəmlərə töhfə verən əsas amil sayılır.

"Getdikcə daha çox insan əziyyət çəkir, bədbəxtlikdən onların hamısına dəstək vermək imkanı yoxdur”, Qaçqınların işi üzrə BMT-nın baş rəsmisi Antonio Guterres bildirib.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) tərəfindən hazırlanmış sənədə əsasən ötən ilə nisbətdə evlərini tərk etməyə məcbur olmuş insanların sayı artaraq 8.3 milyona çatıb. |BBC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol