Bu ilin mayında Dövlət Gömrük Komitəsi (DGK) xarici ticarət əməliyyatları iştirakçılarının dövlət büdcəsinə 141 mln. 822,4 min manat köçürməsini təmin edib ki, bu da əvvəlki ayda olduğu qədərdir.
Əvvəlki illərin təcrübəsi göstərir ki, DGK istənilən şəraitdə gömrük vergi və rüsumlarının toplanması üzrə qarşıya qoyulan planı yerinə yetirir. Bir çox hallarda aylar üzrə toplanan vəsaitlər verginin növlərinə baxmayaraq, bir-birindən cüzi fərqlənir. Görünür, bu il apreldən başlayaraq gömrükçülər “bir not”a – 141 mln. manata keçiblər.
DGK-nın məlumatına görə, bu ilin beş ayında gömrük dövlət büdcəsinə 625 mln. manat köçürməni təmin edib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,6% çoxdur.
Qeyd edək ki, gömrük daxilolmalarının əsas mənbəyi kimi idxal həcminin artım sürəti dörd ay ərzində 24% təşkil edib. Başqa sözlə desək, dövlət büdcəsinə daxilolmaların potensial artımı var.
2015-cü DGK-nın dövlət büdcəsinə 1 590 mln. manatın köçürülməsini planlaşdırıb


Şərhlər