Menu

Çipras Rusiyadan yardım istəmədi

18.06.2015, 17:46
Çipras Rusiyadan yardım istəmədi

Rusiyanın Maliyyə nazirinin Müavini Sergey Storçak, Yunanıstanın Rusiyanın Maliyyə Nazirliyindən maliyyə yardımı istəmədiyini və ölkənin Baş nazirinin Rusiya səfərinin nağd pul istəmək üçün yox, birgə keçirilən layihələri danışmaq üçün olduğunu bildirib.

Storçak Reuters-ə verdiyi açıqlamada, "Hər hansı bir istək olmadı" deyərək, belə bir tələbi ödəmək üçün büdcələrində kifayət qədər vəsaitin olmadığını da sözlərinə əlavə edib.

Yunanıstanın Baş naziri Aleksis Çipras bu gün aralarında Rusiya Prezidenti Vladimir Putinin də olduğu bəzi rəsmilərlə görüşmək üçün Rusiyaya gedib. /"marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol