Menu

Daha bir boksçumuz mərhələ adladı

18.06.2015, 18:41
Daha bir boksçumuz mərhələ adladı

Bu gün Avropa Oyunlarında boks yarışları davam edir.

Trend-in məlumatına görə, Azərbaycanı kişilər arasında 64 kq çəki dərəcəsində təmsil edən Lorenzo Sotomayor 1/16 final mərhələsində slovakiyalı Edin Seydinoviçlə qarşılaşıb.

Təmsilçimiz hər üç raundda rəqibindən üstün olub - 3:0.

O, növbəti mərhələdə moldovalı boksçu Dmitri Qalaqot ilə döyüşəcək.

Görüş iyunun 21-i saat 20:30-da keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl boksçumuz Teymur Məmmədov 1/16 final mərhələsində Böyük Britaniya təmsilçisi Coşua Buatsi ilə qarşılaşıb. Görüş Azərbaycan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol