Menu

Daha bir güləşçimiz bürünc medal qazanıb

18.06.2015, 21:13
Daha bir güləşçimiz bürünc medal qazanıb

Azərbaycanın sərbəst güləş üzrə yığmasının üzvü Ruslan Dibirhacıyev bürünc medal qazanıb.Apasport.az saytının məlumatına görə, idmançımız 6:2 hesabı ilə gürcüstanlı David Tlaşadzeni məğlub edib.

Qeyd edək ki, R. Dibirhacıyev Avropa Oyunlarına 1/8 finaldan qatılıb. 27 yaşlı güləşçimiz bu mərhələdə Maqomedmurad Hacıyevlə (Polşa) döyüşüb. O, hesabda 2:0 hesabı ilə öndə olsa da, 2:7 hesabı ilə uduzub. Hacıyev həlledici mərhələyə vəsiqə qazandığından, Dibirhacıyev təsəlliverici qarşılaşmalara qatılıb. O, öncə bolqarıstanlı Miroslav Kirovla gücünü yoxlayıb. Görüşü 4:1 hesabı ilə xeyrinə bitirən idmançımız növbəti qarşılaşmada Zsombor Qulyasla (Macarıstan) üz-üzə gəlib və bu döyüşü də xeyrinə bitirib - 4:3

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol