Menu

Avstriya da öz ərazisində Rusiyanın əmlakına həbs qoydu

18.06.2015, 23:45
Avstriya da öz ərazisində Rusiyanın əmlakına həbs qoydu

Belçika və Fransanın ardınca Avstriya da Rusiyanın ölkə ərazisindəki mülkünə həbs qoyub. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi məlumatına görə, bu barədə Avstriyanın Rusiyadakı səfiri Emil Briks bildirib.

Rusiya XİN artıq qərarla bağlı məlumatlandırılıb. Ancaq hələ ki, bununla bağlı Rusiya tərəfi münasibət bildirməyib. “Bu anadək Rusiya XİN hələ ki, məsələ ilə əlaqədar bizimlə əlaqə saxlamayıb” – deyib səfir.

Qeyd edək ki, iyunun 17-də Fransa və Belçika diplomatik nümayəndəliklər istisna olmaqla Rusiyanın öz ərazilərindəki bütün əmlaklara həbs qoyub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol