Menu

Yunanıstanda hökumət əleyhinə nümayişlər başladı

19.06.2015, 09:57
Yunanıstanda hökumət əleyhinə nümayişlər başladı

Yunanıstanın Avropa İttifaqında və avrozonada qalmasının tərəfdarları paytaxt Afinada nümayiş keçirib. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, “Sintagma” meydanına toplaşan minlərlə insan hökumətin siyasətinə qarşı etirazlarını bildirib.

Nümayişçilər "Yunanıstan Avropaya aiddir", "Biz Avropalıyıq" və s. şüarları səsləndirib və Yunanıstan parlamentinin qarşısında Avropa İttifaqının bayrağını qaldırıblar.

Nümayişçilər Yunanıstan və Avropa İttifaqı arasında aparılan danışıqların aqibətindən narahat olduqlarını bildiriblər. Etiraz aksiyasında müxalif Yeni Demokratiya Partiyasının üzvləri də iştirak edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol