Menu

Maral Tahirqızının işi apellyasiyada

19.06.2015, 13:22

maralBakı Apelyasiya Məhkəməsində Maral Tahirqızının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Maral Tahirqızının anket məlumatları, həmçinin, apelyasiya şikayətinin dəlilləri müəyyən edilib. Məhkəmə baxışı iyunun 30-na təyin edilib.

Qeyd edək ki, Maral Tahirqızı Cinayət Məcəlləsinin 244.2.1-ci (təkrar olaraq əxlaqsızlıq yuvaları təşkil etmə) maddəsi ilə təqsirli bilinib və 3 il müddətinə azadlıdan məhrum edilib. Maral Tahirqızı məhkəmə zalında həbs olunub.

Gülməmmədova Maral Tahir qızı barəsində Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində başlanmış Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol