Menu

Azərbaycan taekvondoçusu finala vəsiqə qazanıb - Foto

19.06.2015, 17:51
Azərbaycan taekvondoçusu finala vəsiqə qazanıb - Foto

Bu gün Bakı-2015 I Avropa Oyunlarında taekvondo yarışları bu gün başa çatır.

Apasport.az saytının məlumatına görə, yarışların son günü ağır çəkili taekvondoçular yarışır.

Kişilər arasında +80 kq 2 çəki dərəcəsində Azərbaycan yığmasının lideri Radik İsayev 1/4 finalda Jeron Vanruiju (Hollandiya) məğlub edib - 8:6. 1/2 finalada sloveniyalı İvan Traykoviçlə üz-üzə gələn təmsilçimiz yenə də çətinlik çəkmədən qələbə qazanıb. Radik İsmayılov ikinci hissənin gedişində 15 xal fərqi ilə önə keçdiyindən (17:2) döyüş yarımçıq dayandırılıb və dünya çempionumuz finala vəsiqə qazanıb.

Qeyd edək ki, taekvondo yarışlarının ilk 2 günündə yığmamızın heyətində Ayxan Tağızadə (68 kq) və Milad Beiqi Harçeqani (80 kq) qızıl, Fəridə Əzizova (67 kq) gümüş, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol