Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 11-ci dövlət başçısı Abdulla Güllə görüşüb.
Görüş təxminən 45 dəqiqə davam edib. Prezident Ərdoğan görüşdən sonra hər hansı bir açıqlama verməyib. Keçmiş və indiki dövlət başçılarının görüşü 9-cu prezident Süleyman Dəmirəllə bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) təşkil olunan vida mərasimindən sonra baş tutub.
Görüşün TBMM-nin sədri Cəmil Çiçəyin vasitəçiliyi ilə baş tutduğu bildirilir. Baş nazir Əhməd Davudoğlunun da həmin vaxt parlamentdə olmasına baxmayaraq, görüşə dəvət edilmədiyi məlum olub. (Modern.az)


Şərhlər