Menu

Putindən neftin qiyməti ilə bağlı etiraf

19.06.2015, 19:28
Putindən neftin qiyməti ilə bağlı etiraf

Moskva Qərbin sanksiyalarına Rusiyanı biznesə daha açıq etməklə cavab verir

Rusiya prezidenti Vladimir Putin ölkəsinin iqtisadi böhranla mübarizəsini nikbin qarşılayır.

Anspress-in məlumatına görə, Rusiya lideri Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda bu barədə danışıb.

Putin qeyd edib ki, Rusiya bu istiqamətdə iş görür və ölkədə dərin iqtisadi böhranın qarşısı alınacaq. O deyib ki, ölkənin maliyyə və bank sistemi artıq yeni şəraitə uyğunlaşıb, infilyasiya isə nəzarətdədir. Putin həmçinin Qərbin sanksiyalarına baxmayaraq Rusiyada qalan xarici investorlara təşəkkür bildirib.

O, həmçinin Moskva ilə Qərb arasında əməkdaşlığın davam etdiriləcəyinə əmin olduğunu qeyd edib. Putin bildirib ki, Moskva Qərbin sanksiyalarına Rusiyanı biznesə daha açıq etməklə cavab verir.

Qərbin Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar və dünya bazarında neftin qiymətinin düşməsi Rusiya iqtisadiyyatına ciddi ziyan vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol