Menu

Sabiq prezidentin həbsinə order verildi

19.06.2015, 19:37
Sabiq prezidentin həbsinə order verildi

Pakistan məhkəməsi ölkənin keçmiş Prezidenti Pərviz Müşərrəfin həbsinə order verib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, P.Müşərrəf 2007-ci ildə İslamabadda Qırmızı məscidə hücum zamanı din xadimi Əbdül Rəşid Qazinin qətlində ittiham edilir.

O bu il iyulun 24-də məhkəmə qarşısına çıxmalıdır.

Qeyd edək ki, məscidə hücum zamanı 90 tələbə və təhlükəsizlik qüvvələrinin 11 əməkdaşı həlak olmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol