Menu

Tsipras Rusiyada ümidli danışdı

19.06.2015, 20:41
Tsipras Rusiyada ümidli danışdı

"Bu, ölkədə iqtisadi artıma və onun avrozonada qalmasına imkan yaradacaq"

“Yunanıstanın borc böhranı həll olunacaq, bu ölkədə iqtisadi artıma və onun avrozonada qalmasına imkan yaradacaq”.

ANS PRESS-in məlumatına görə, bunu Yunanıstanın baş naziri Alexis Tsipras bəyan edib. O həmçinin avrozona ölkələrinin iyunun 22-də təcili iclas çağırmasını alqışlayıb.

Qeyd edək ki,Yunanıstan 12 gündən sonra Beynəlxalq Valyuta Fonduna olan 1,8 milyard dollarlıq borcunu bağlamalıdır. Fondun icraçı direktoru Christine Lagarde məsələnin həlli ilə bağlı növbəti dialoqa ehtiyac olduğunu bildirib.

Yeni Yunanıstan hökuməti kreditin şərtlərinin ağır olduğunu əsas gətirərək müəyyən güzəştlər qazanmağa çalığır. Tsiprasın iyunun 19-da Rusiyaya səfəri fonunda Moskvanın Afinaya maliyyə yardımı təklif edə bilməsi ətrafında məlumatlar dolaşır.

Amma Rusiya prezidentinin sözçüsü bildirirb ki, hələlik bunu şərh eləmək tezdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol