Avropa bu gün böyük təhdidlər qarşısındadır, onlardan biri də Rusiyanın Ukraynaya təcavüzü və Moskvanın Avropadakı sərhədləri dəyişmək cəhdidir. Musavat.com xarici qaynağa istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Devid Kemeron Bratislavadakı 10-cu GLOBES -2015 beynəlxalq təhlükəsizlik konfransı zamanı çıxışında bildirib.
“Avropaya digər belə bir təhlükə İŞİD-in dəstələdiyi terrorizm və ya Şimali Afrikada “baş tutmamış dövlətlərin və cinayətkar bandaların” birliyidir” – deyib baş nazir.
10-cu GLOBES -2015 beynəlxalq təhlükəsizlik konfransında 65 ölkədən 800-dən çox siyasətçi, ictimai-siyasi fəal, politoloq və diplomat iştirak edir. Rusiya-Ukrayna konflikti və qaçqınlar problemi tədbirin əsas mövzularından biridir.


Şərhlər