Menu

Neft ucuzlaşmada davam edir

20.06.2015, 10:05
Neft ucuzlaşmada davam edir

Dünya bazarında “qara qızıl”ın qiyməti tədricən düşməyə başlayıb.

Neftin dünya bazarlarında qiyməti qismən düşüb. Anspress-in məlumatına görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində yenə ucuzlaşma qeydə alınıb.

Neftin qiyməti bazarda yanacağın həddindən çox bolluğu fonunda enib. Buna hazırkı real ticarət məlumatları şahidlik edir.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.84 dollar (1.39%) azalaraq 59.61 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 1.24 dollar (1.93%) ucuzlaşaraq 63.02 dollar olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol