Menu

Putin Ukrayna müharibəsinin nə vaxt qurtaracağını deyib

20.06.2015, 11:31
Putin Ukrayna müharibəsinin nə vaxt qurtaracağını deyib

«Nə zaman məsələ siyasi yolla həll olunmağa başlanacaq, o zaman «silah bitəcək»

Rusiya KİV-nin yaydığı məlumata görə, Peterburq beynəlxalq iqtisadi forumunda (PBİF-2015) təşkil olunmuş «Dəyirmi masa»nın gedişində moderator, CBC News televiziyasının aparıcısı Çarli Rouz qeyd edib ki, ABŞ-ın fikrincə, Rusiya Ukraynadakı üsyançıları silahlandırır və təqdir edir. Bundan başqa «Rusiya burada silahlı qüvvələrindən «alova yağ tökmək» məqsədilə istifadə edir». Amerika vəziyyətlə bağlı narahatlıq keçirir (Rosbalt).

Bunun cavabında Rusiya prezidenti Vladimir Putin deyib ki, «soyuq müharibəyə lokal münaqişələr yox, qlobal həll variantları gətirib çıxarır». Bu da Ukraynanın şərq bölgələri üçün uyğun gəlir: «Əgər vəziyyət siyasi vasitələrlə həll olunarsa, silah lazım gəlməz. Amma bunun üçün xoş məram və dialoq aparmaq istəyi olmalıdır».

Prezident eyni zamanda qeyd edib ki, Ukrayna ərazilərində «millətçi ruhlu birləşmələr» yox yerdən - səbəbsiz yaranmayıb, insanları öldürməyə başlandıqdan sonra meydana çıxıb: «Orada ortaya çıxanlar müqavimət göstərənlər olub». Bu zaman prezident onu da əlavə edib ki, nə zaman məsələ siyasi yolla həll olunmağa başlanacaq, o zaman «silah bitəcək».

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol