Menu

Erməniyə uduzan Həsən Əliyevdən sərt sözlər

20.06.2015, 12:17
Erməniyə uduzan Həsən Əliyevdən sərt sözlər

"Bakı-2015" birinci Avropa Oyunlarında erməni idmançısına uduzan Həsən Əliyev Toğrul Əsgərovun qızıl medal qazanması barədə yazıb.ANS PRESS-in məlumatına görə, Avropa Oyunlarının bürünc mükafatçısı "Facebook" statusunda Toğrul Əsgərovu tənqid edənlərə səslənib:"Cox yox, bir necə ay bundan qabaq "dövlət tədbir görməlidir, belə olmaz, qudururlar, nəticə verdilər sonra güləşmirlər", hardasa şəklini görəndə "aha, bunu görən olmayıb olimpiadadan sonra, hardadi", nə bilim filan-filan düşük-düşük sözlər yazanlar indi Toğrulu təbrik edirlər. Uduzanda "şişdi" deyənlər "facebook"da Toğrulun profilində onu təbrik edirlər.

Halal zəhmət ilə Azərbaycan üçün nəsə edən adamın qədrini bilin...

Türk müəllimimin gözəl sözü var: biz gəlmişik, gedəcəyik. Özünüzünkülərin qədrini bilməlisiz, o həmişə sizindi!!!"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol