Menu

Pərviz Müşərrəf həbs oluna bilər

20.06.2015, 18:42
Pərviz Müşərrəf həbs oluna bilər

Pakistan məhkəməsi ölkənin keçmiş prezidenti Pərviz Müşərrəfin həbsinə order verib.

ANS TV-nin məlumatına görə, bu barədə Rio Novosti məlumat yayıb. Müşərrəf 2007-ci ildə İslamabadda Qırmızı məscidə hücum zamanı din xadimi Əbdül Rəşid qazının qətlində ittiham edilir.

O, bu il iyulun 24-də yenidən məhkəmə qarşısına çıxmalıdır.

Qeyd edək ki, adiçəkilən məscidə hücum zamanı 90 tələbə və təhlükəsizlik qüvvələrinin 11 əməkdaşı həlak olmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol