Menu

Daha bir əsgərimiz intihar etdi

11.01.2014, 11:01
Daha bir əsgərimiz intihar etdi

 Azərbaycan Ordusu daha bir əsgərini itirib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 1992-ci il təvəllüdlü Məzahir Mahir oğlu Abdullayev intihar edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı hərbi prokurorluq tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi əsgərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verib və səbir diləyib.

Qeyd edək ki, M.Abdullayev 2013-cü ilin yanvarında Bakının Sabunçu rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol