Rusiya ilə Çin arasında əmtəə dövriyyəsi hal-hazırda 85 milyard dollar təşkil edir, amma yaxın illərdə ölkələrimiz bu rəqəmi 200 milyard dollara çatdıra bilər. Bu fikri Peterburq beynəlxalq iqtisadi forumunda Rusiya Fererasiyasının prezidenti Vladimir Putin söyləyib (Rosbalt).
Diskusiyalar çərçivəsində Çin biznesinin nümayəndəsi, Hang Lung Properties investisiya fondunun sədri Ronni Çiçunq Çan qeyd edib ki, rusiyalı biznesmenlər hələ də Çin bazarının üstünlüklərindən bəhrələnə bilməyiblər. Amma onların iştirakı Çin Xalq Respublikası (ÇXR) üçün sərfəlidir. Məsələn, çinli biznesmen qeyd edib ki, iqtisadiyyat - Çinlə Rusiya arasında əməkdaşlığın başlıca çıxış nöqtəsidir: «Bu, göylərdə kəsilmiş kəbin kimidir. Rusya təbii ehtiyatlarla zəngindir, Çinin isə bu resursları almaq üçün kapitalı var. Həm də ölkəmizin torpağa ehtiyacı var. İqtisadi nöqteyi-nəzərdən, ölkələrimiz üçün bundan əlverişli başqa nə isə fikirləşə bilmirəm».
Eyni zamanda, Ronni Çiçunq Çan qeyd edib ki, bu auditoriyada özünü «yalqız» hiss edir, çünki zalda çinli biznesmenlər gözə dəymirlər: «Sammitin gedişində mən bu nəticəyə gəldim ki, Asiya qitəsi Rusiya üçün hələ də «nə isə əldə ediləsi mümkün olan» bir məkandır, amma xalq hələ bu məkana daxil olmağa hazır deyil...».
«Sizin biznesmenlər bizim bazarın üstünlüklərindən yararlanmaq üçün hazırdırlarmı?» - deyə, çinli biznesmen Rusiya prezidentinə xitab edib.
Cavabında, Putin qeyd edib ki, iki ölkə arasında münasibətləri «iqtisadi məzmunla təkcə şirkətlər səviyyəsində deyil, həm də orta və kiçik biznes səviyyəsində zənginləşdirmək lazımdır».
AzPolitika.info


Şərhlər